18 noy 11:39hadise

Bakıda DƏHŞƏT: Bir ailədən 4 nəfər öldü - ADLAR (YENİLƏNDİ)

Bakıda DƏHŞƏT: Bir ailədən 4 nəfər öldü - ADLAR (YENİLƏNDİ)Dünən günorta saatlarında Bakı şəhər Xəzər rayonu ərazisində baş vermiş dəhşətli yol qəzasında ölənlərin sayı 4-ə çatıb.

Publika.az xəbər verir ki, Mərdəkan körpüsü istiqamətində gedən yolun Qala qəsəbəsi istiqamətindən keçən hissəsində "VAZ-2105" ilə BMW-nin toqquşması nəticəsində "VAZ-2105"in sürücüsü, 1967-ci il təvəllüdlü Hidayət Hümbətov, sürücünün qardaşı, 1958-ci il təvəllüdlü Ağasəf Hümbətov, sürücünün qızı, 1989-cu il təvəllüdlü Rəvanə Hümbətova və onun oğlu 2011-ci il təvəllüdlü Rəvan Hümbətov aldıqları xəsarətdən hadisə yerində ölüblər.

Həmin avtomobildə olan digər sərnişinlər - 1971-ci il təvəllüdlü Reyhan Sədullayeva və 2014-cü il təvəllüdlü Əli Hümbətov müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Həmçinin BMW-nin sürücüsü Vüqar Dadaşov da xəsarət alıb. (APA)

***

17 noyabr
Paytaxtın Xəzər rayonunda ağır yol qəzası qeydə alınıb.
Publika.az Baku.ws-ə istinadən xəbər verir ki, aeroport yolunda bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Hadisə şahidlərinin sözləri görə, Bakı-Mərdəkan yolunda 44 BL 089 dövlət nömrə nişanlı "VAZ 2107"nin sürücüsü yüksək sürətlə hərəkət edib.
İdarəetməni itirən sürücü başqa bir avtomobilə çırpılıb. Qəza zamanı bir neçə maşın da əzilib.
Bakıda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.
Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumatda bildirilir ki, qəza zamanı 2 nəfər hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan digər 2 nəfər - 45 yaşlı qadın və 6 yaşlı uşaq kritik vəziyyətdə 3 saylı Kliniki Şəhər Xəstəxanasına aparılıb.
XƏBƏR LENTİ
13-12-2019, 11:17
SORĞU