16 noy 13:26hadise

12 SOCAR işçisi zavodda qazdan zəhərləndi - 4 nəfərin vəziyyəti ağırdır

12 SOCAR işçisi zavodda qazdan zəhərləndi - 4 nəfərin vəziyyəti ağırdır
Faktla bağlı araşdırma aparılır

Sumqayıt şəhərində qazdan zəhərlənmə olub.

Hadisə şəhərin sənaye zonasında yerləşən SOCAR Polimer zavodunda qeydə alınıb. Belə ki, orada çalışan işçilərdən 12 nəfər istehsalat prosesində hidrogen tərkibli qazdan zəhərlənib.

Zəhərlənənlər təcili tibbi yardım briqadasının köməkliyi ilə Sumqayıtda yerləşən özəl klinikalardan birinə yerləşdirilib. Onlardan 4 nəfərinin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
Bu gün, 10:31
9-12-2019, 21:04
SORĞU