16 noy 13:21hadise

Abşeronda qəza: laboratoriya müdiri öldü

Abşeronda qəza: laboratoriya müdiri öldü
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə noyabrın 15-də yolun Abşeron rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağcabədi rayon sakini, 1975-ci il təvəllüdlü İlham Məmmədli idarə etdiyi VAZ-21074 markalı avtomobillə piyada, Abşeron rayonunda yaşayan, 43 yaşlı Səbunə Həsənovanı vurub.

Qadın xəstəxanaya aparılarkən yolda keçinib.

S.Həsənova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-texnologiya fakültəsində laboratoriya müdiri olub.

ADNSU-dan fakt təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
13-12-2019, 11:17
SORĞU