16 noy 09:54hadise

Bakıda qonşular arasında qanlı mübahisə

Bakıda qonşular arasında qanlı mübahisəSabunçu rayonunda mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

“İstixana kombinatı” yaşayış massivində 1976-cı il təvəllüdlü Hacıyev Rafiq Eminəli oğlu qonşusu 1979-cu il təvəllüdlü Ədilov Elnur Behbud oğlu ilə mübahisə edib.

Əlbəyaxa davaya çevrilən mübahisə zamanı E.Ədilov R.Hacıyevi döyərək xəsarət yetirib. Daha sonra R.Hacıyev hiddətlənərək E.Ədilova bıçaqla xəsarət yetirib.

Dava zamanı hər iki şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
9-12-2019, 21:04
SORĞU