15 noy 10:50hadise

Balakəndə 25 yaşlı gənc 6 manata görə öldürüldü

Balakəndə 25 yaşlı gənc 6 manata görə öldürüldüBalakən rayonunda qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, rayonun Hənifə kənd sakini, 1979-cu il təvəllüdlü Layicov Zaur Şamil oğlu rayonun Qazma kənd sakini, 1994-cü il təvəllüdlü Balayev Elvin Eynulla oğlu ilə mübahisə edib. Z.Layıcov E.Balayevdən 6 manat borcunu istəməsinə görə aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində Z.Layıcov özü ilə gətirdiyi bıçaqla E.Balayevi bıçaqlayıb.

Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Z.Layıcov şübhəli şəxs qismndə saxlanılıb.
XƏBƏR LENTİ
13-12-2019, 11:17
SORĞU