10 noy 12:45hadise

Məşhur “Görüş” restoranı yandı

Məşhur “Görüş” restoranı yandı
Zaqatalada yanğın hadisəsi baş verib.

Report-un məlumatına görə, yanğın bugün səhər saatlarında şəhərin "Köhnə Avtovağzal" adlanan ərazisində Ayna Əhməd qızı Əliyevaya məxsus "Görüş" restoranında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndurən texnikası və canlı qüvvəsı cəlb olunub.

Yanğın zamanı restoranın bir hissəsi yanıb.

Qeyd edək ki, "Görüş"kafesi bu ilin mart ayında da yanıb.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU