08 noy 10:36hadise

Sumqayıtda bir nəfər özünü pəncərədən atmaq istədi - FHN köməyə gəldi

Sumqayıtda bir nəfər özünü pəncərədən atmaq istədi - FHN köməyə gəldiSumqayıtda intihara cəhd hadisəsi baş verib.

Avrasiya.net FHN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyib.

Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
XƏBƏR LENTİ
SORĞU