06 noy 09:49hadise

Oğurluq edən meyxanaçı həbs olundu - FOTO

Oğurluq edən meyxanaçı həbs olundu - FOTOBinə qəsəbəsində 10-a yaxın evdən oğurluq edən şəxslər saxlanılıblar.

Publika.az bildirir ki, Xəzər rayonu Binə qəsəbəsində yaşayan Rauf Abdullayevin evdə olmadığı müddətdə məzilindən televizor, elektrik avadanlıqları və digər məişət əşyalarının naməlum şəraitdə oğurlanıb.

Ona ümümilikdə 1202 manat maddi ziyanın dəydiyi məlum olub. Xəzər RPİ-nin 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amid Əliyev və Yevlax rayon sakini Tehran Məmmədova saxlanılıb. Araşdırma zamanı hər iki şəxsin Binə qəsəbəsində ümumilikdə 10-a yaxın fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub. Onların yaşadıqları evə baxış zamanı oğurladıqları məişət əşyalarının bir qismi aşkar edilərək maddi sübut kimi götürülüb.

A.Əliyev və T.Məmmədova barəsində oğurluq maddəsi ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo”nun məlumatına görə, A.Əliyev Lənkəranda meyxanaçı kimi tanınır, T.Məmmədova isə onun sevgilisidir.
XƏBƏR LENTİ
17-11-2019, 17:10
SORĞU