05 noy 09:47hadise

Bakıda iki avtobus toqquşub - 8 yaralı...

Bakıda iki avtobus toqquşub - 8 yaralı...
Səhiyyə Nazirliyi (SN) dünən axşam iki avtobusun toqquşması ilə bağlı məlumat yayıb.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, Nizami rayonu, “8-ci kilometr bazarı”nın yanında, iki marşrut avtobusunun toqquşması barədə məlumat təcili tibbi yardıma saat 22:20-də daxil olub:

“Hadisə yerinə 5 briqada yollanıb. Ümumilikdə 8 nəfər hospitalizə olunub. Onlardan 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə Klinik Tibbi Mərkəzə, digər 7 nəfər 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar.

3 saylı Şəhər Xəstəxanasının baş həkiminin verdiyi məlumata görə, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımı tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar. Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə göndərilib.

Qeyd edək ki, hadisə noyabrın 4-də 57 saylı xətt marşrutu üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusu ilə "BakuBus" MMC-yə məxsus 7A saylı xətt marşrutu üzrə hərəkət edən avtobus toqquşub.
XƏBƏR LENTİ
SORĞU