05 noy 09:45hadise

Bakıda ata-oğul bıçaqlanıb

Bakıda ata-oğul bıçaqlanıb
Bakıda şadlıq sarayının qarşısında ata-oğul bıçaqlanıb. Avrasiya.net APA-ya istinadən xəbər verir, hadisə Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən "Mirakl" şadlıq evinin qarşısında qeydə alınıb.

Qəsəbə sakini Həsən Nəsibov və oğlu Sərxan Nəsibov şadlıq evinin qarşısında naməlum şəxslərlə mübahisə ediblər. Bu zaman ata-oğulun hər ikisi bıçaqlanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, onların həyatını xilas edilib. Hazırda vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU