01 noy 10:59hadise

Daha bir avtobus qəzası: 4 nəfər yaralandı

Daha bir avtobus qəzası: 4 nəfər yaralandıBakıda minik avtomobili ilə sərnişin avtobusu arasında qəza baş verib.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Minik avtomobilinin 131 saylı xətt üzrə hərəkət edən avtobusla toqquşması nəticəsində 4 nəfər - avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Rəhimov Mehdi Hikmət oğlu, 1988-ci il təvəllüdlü Rəcəbov İkram Mahir oğlu, 1996-cı il təvəllüdlü Babayev Məlikağa Həmidağa oğlu və 1994-cü il təvəllüdlü Rəcəbov Mahir İbrahim oğlu.müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına çatıdırılıblar.

Onlardan üçü ilkin tibbi müayinədən sonra ambulator müalicəyə yola salınıb, bir nəfər M.Rəcəbov isə xəstəxananın travma şöbəsində müalicə alır.

Qeyd edək ki, ötən gün də Sabunçu rayonu, Ramana yolunda iki sərnişin avtobusu toqquşub, 6 nəfər yaralanıb.
XƏBƏR LENTİ
SORĞU