31 okt 15:34hadise

Ağstafada 2 nəfər güllələndi

Ağstafada 2 nəfər güllələndiAğstafa rayonunda gənc oğlan əmisini və onun dostunu güllələyib.

Rayonun Köçəsgər kənd sakini, 1989-cu il təvəllüdlü Sərxan Məmmədov əmisi Q.Məmmədovu və onun dostu Y.Əlləcovu odlu silahdan açdığı atəş nəticəsində yaralayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.(Report)

* * *14:20

Ağstafa rayonunda güllələnmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, Köçəsgər kəndinin sakinləri Məmmədov Qabil Ələsgər oğlu (1968) və Əlləcov Yüsif Əsgər oğlu (1959) kürək nahiyələrindən güllə yarası alıblar.

Yaralılardan biri Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, digəri Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU