30 okt 11:14hadise

QHT sədrinin maşınla vurulma anı - Video

QHT sədrinin maşınla vurulma anı - VideoHüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurub.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Bildirilir ki, bu gün axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi piyada keçidindən yolu keçərkən avtomobil vurub. Gülalıyev ağır xəsarət alıb, hətta beyninə qan sızdığı iddia edilir.

O, əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilsə də, sonradan özəl klinikaya aparılıb.

Onun reanimasiyada olduğu bildirilir.

Qəzanı 90 PZ 543 dövlət nömrə nişanlı, “Hyunday” markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi xəstəxanaya çatdırıb.

Unikal.org qəza anının videosunu yayıb.
XƏBƏR LENTİ
15-11-2019, 10:45
SORĞU