25 okt 22:02hadise

Tovuz sakini həmyerlisini qəbiristanlıqda güllələdi

Tovuz sakini həmyerlisini qəbiristanlıqda güllələdiTovuz rayonunda güllələnmə hadisəsi baş verib.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Hacallı kəndində qeydə alınıb.

Belə ki, Abdıyev Nəriman Mirzə oğlu “Makarov” tipli tapanca ilə Qasımov Habil Əli oğluna atəş açıb. Nəticədə H.Qasımov yaralanıb.

Hadisəyə kənd qəbiristanlığında mal-qara otarılması üçün yaranmış mübahisə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU