21 okt 16:33hadise

Azərbaycanda yol kənarı ilə velosiped sürən şəxsi vurub kanala atdılar – ÖLƏN VAR

Azərbaycanda yol kənarı ilə velosiped sürən şəxsi vurub kanala atdılar – ÖLƏN VARAğdaş rayonunda ölümlə nəticələnən hadisə baş verib.

Publika.az xəbər verir ki, dünən saat 17 radələrində Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində kənd sakini R.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Ağdaş şəhər sakini Əlibala Məmmədovu vurub. Zərbənin gücündən velosipedçi Yuxarı Şirvan kanalına yıxılıb və hadisə yerində ölüb.

Ə.Məmmədovun meyiti sudan çıxarılıb.

Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU