18 okt 14:16hadise

Polis məntəqəsinin qarşısında yenidoğulmuş körpə tapılıb

Polis məntəqəsinin qarşısında yenidoğulmuş körpə tapılıbXəbər verildiyi kimi, oktyabrın 17-dən 18-nə keçən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki polis məntəqəsinin qarşısında yenidoğulmuş körpə tapılıb. Uşaq tapılanda qutunun içərisində yorğançaya bükülmüş vəziyyətdə olub.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış birgünlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib. Uşağın vəziyyəti ağır olub, buna görə də qanı təmizlənib, bütün tibbi yardımlar göstərilib. Həkimlər körpənin vəziyyətini ağır kimi qiymətləndirirlər.

Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Qeyd edək ki, körpənin kim tərəfindən atıldığı məlum deyil, faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU