17 okt 20:08hadise

Şəkidə biabırçı olay - 16 yaşlı qız...

Şəkidə biabırçı olay - 16 yaşlı qız...Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb.

Fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib.

Belə ki, oktyabrın 15-də Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.

Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı şöbədə araşdırmalara başlanılıb.(trend.az)
XƏBƏR LENTİ
SORĞU