17 okt 10:48hadise

Bakıda qardaş qardaşı bıçaqladı

Bakıda qardaş qardaşı bıçaqladıSabunçu rayonunda qardaşlar arasında mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.

Hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

1967-ci il təvəllüdlü Aşurov Kamandar Haqverdi oğlu qardaşı ilə mübahisə edib.

Nəticədə o, üç bıçaq xəsarəti alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat edilib.

Hər iki qolun və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan K.Aşurovun vəziyyəti kafi qiymətləndirilir.

Oxu.az bildirir ki, faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU