16 okt 19:35hadise

Səudiyyə Ərəbistanı səfirliyinin attaşesi Bakıda qəzaya düşdü

Səudiyyə Ərəbistanı səfirliyinin attaşesi Bakıda qəzaya düşdüSəudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin attaşesi Bakıda qəza törədib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu, Rəsul Rza küçəsində baş verib.

Belə ki, həmin küçədə Vadim Soltanovun idarə etdiyi “Ford” markalı nəqliyyat vasitəsi Mohammed Abasinin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində V.Soltanov yüngül xəsarət alıb, hər iki avtomobilə ziyan dəyib.

Qeyd edək ki, “Mercedes” markalı avtomobil Səudiyyə Ərəbistanı səfirliyinə məxsusdur. Avtomobili idarə edən şəxs isə səfirliyin attaşesidir.
XƏBƏR LENTİ
SORĞU