11 okt 12:27hadise

Bakıda İran vətəndaşı özünü 17-ci mərtəbədən atmaq istədi

Bakıda İran vətəndaşı özünü 17-ci mərtəbədən atmaq istədiOktyabrın 9-da DİN-in “102” Zəng-Xidməti Mərkəzinə müraciət edən Bakı şəhərində yaşayan İran vətəndaşı oğlunun özünü öldürmək istəməsini bildirib və polis əməkdaşlarından kömək istəyib.

Dərhal Nərimanov RPİ 18-ci Polis Bölməsinin əməkdaşları qeyd olunan ünvana gəliblər.

Seyidrza adlı şəxsin intihar məqsədi ilə Ə.Əlizadə küçəsində yerləşən 17 mərtəbəli binanın damına çıxması müəyyən edilib. Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınıb.

Araşdırmalar aparılır.
XƏBƏR LENTİ
22-10-2019, 14:35
SORĞU