10 okt 21:16hadise

Azərbaycanda dəhşətli qəza: Bir ailədən 3 nəfər öldü – Video

Azərbaycanda dəhşətli qəza: Bir ailədən 3 nəfər öldü – VideoBu gün səhər saatlarında iki yük maşını arasında qalaraq qəzaya düşən "VAZ 21 07”nin içindəki şəxslər bir ailənin üzvləri olub.

Avrasiya.net Criminal.az-a istinadən xəbər verir ki, avtomobilin sürücüsü Allahverdiyev Taleh Qürbət oğlu, sərnişinləri olan anası və həyat yoldaşı hadisə yerində vəfat ediblər.

T. Allahverdiyev Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən işləyirmiş.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xatırladaq ki, qəza Bakı–Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci kilometrliyində qeydə alınıb. Qəzada ölənlər isə Xızı rayonunun Fındığan kənd sakinləri olub.
XƏBƏR LENTİ
SORĞU