09 okt 10:20hadise

Gəncədə dəmir yolunun maşinisti keçmiş arvadını bıçaqlayıb qaçdı

Gəncədə dəmir yolunun maşinisti keçmiş arvadını bıçaqlayıb qaçdıGəncədə maşinist keçmiş həyat yoldaşını bıçaqlayıb.

Hadisə Gəncə şəhəri Bayan küçəsində baş verib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Gəncə şəhər Lokomotiv Deposunun maşinisti, Gəncə şəhər, Bayan küçəsi, ev 27-də yaşayan, 1965-ci il təvəllüdlü Sirati Məhərrəm Həsən oğlu həmin ünvanda yaşayan keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Satir qızına boyun nayihəsindən iki bıçaq zərbəsi endirib. M.Sirati hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
XƏBƏR LENTİ
SORĞU