08 okt 11:23hadise

"Binə" Ticarət Mərkəzindəki güclü yanğın söndürüldü - VİDEO

"Binə" Ticarət Mərkəzindəki güclü yanğın söndürüldü - VİDEO"Binə" Ticarət Mərkəzində baş verən güclü yanğın söndürülüb.

Avrasiya.net FHN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ticarət mərkəzinin 2500 kvadratmetr sahəsi yanıb.

Yanğın baş verən anda dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib.

Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik qarışıq mallar və müxtəlif təyinatlı mağazaların yanar konstruksiyaları və içərisində olan mallar, təqribən, 2500 kvadratmetr sahədə yanıb.

Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb
XƏBƏR LENTİ
SORĞU