03 okt 21:28hadise

Şəhid ekskvatorçunun qisası çox çəkmədi – erməni snayperi öldürüldü

Şəhid ekskvatorçunun qisası çox çəkmədi – erməni snayperi öldürüldüÖtən gün Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində erməni snayperlərinin atəşi nəticəsində şəhid olmuş Səfərəli Abışovun qisası çox gözləməyib.

“AzeriDefence”nin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, bu gün axşam saatlarında həmin ərazidə olan Ermənistan Ordusunun snayperi məhv edilib.

Qeyd edək ki, oktyabrın 2-si və 3-ü Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb. Son günlərdə xidməti ərazidəki əməliyyat şəraiti, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması, təxribat-diversiya cəhdləri və bununla əlaqədar görülən tədbirlər barədə vəzifəli şəxslərin məruzələri dinlənilib, dövlət sərhədinin müdafiəsi və mühafizəsi üzrə xidməti fəaliyyətin təkmilləşdirilməsi, düşmənin təxribatlarının qarşısının qətiyyətlə alınması, şəxsi heyətin təhlükəsizliyinin daha da gücləndirilməsi barədə tapşırıqlar verilib.
XƏBƏR LENTİ
SORĞU