21 sen 10:08hadise

Gəncədə ata döyüldü, köməyə gələn 2 oğlu bıçaqlandı

Gəncədə ata döyüldü, köməyə gələn 2 oğlu bıçaqlandı
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Report-un məlumatına görə, 1960-cı il təvəllüdlü Cəfərov Məhərrəm DOS-84 adlanan yaşayış ərazisində, bina 4 ünvanında naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb.

Bu zaman atalarına köməyə gələn 1985-ci il təvəllüdlü Rövşən Cəfərov və 1984-cü il təvəllüdlü Röyal Cəfərov qarın və ayaq nahiyələrindən bıçaqlanıb.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına və Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Hazırda hadisənin kim və ya kimlər tərəfindən, hansı səbəbdən törədildiyi araşdırılır.
XƏBƏR LENTİ
Dünən, 08:32
SORĞU