18 sen 16:39hadise

İcra Hakimiyyəti TƏSDİQLƏDİ: 16 yaşlı qızı evlənmək üçün qaçırıblar

İcra Hakimiyyəti TƏSDİQLƏDİ: 16 yaşlı qızı evlənmək üçün qaçırıblar
Goranboy rayonunun Hazırəhmədli kəndində 16 yaşlı qızı evlənmək məqsədilə qaçırıblar.

Hadisə iki gün bundan əvvəl baş verib.

Qızqaçırma faktını Modern.az-a Goranboy İcra Hakimiyyətinin informasiya və təhlil sektor şöbəsinin müdiri Faiq Muradov da təsdiqləyib.

Goranboy İcra Hakimiyyətindən bildirilib ki, Hazırəhmədli kənd sakini, 2003-cü il təvəllüdlü Elvina tanımadığı İlqar adlı şəxs tərəfindən mağazadan evə qayıdarkın qaçırılıb. “İlqar onu evlənmək məqsədi ilə qaçırıb”.

Bununla bağlı Goranboy rayon Polis İdarəsinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
15-11-2019, 10:45
SORĞU