17 sen 15:02hadise

Masallıda dəhşətli qəza: polis öldü - Foto

Masallıda dəhşətli qəza: polis öldü - FotoMasallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza köhnə Ələt-Astara magistralının Masallı rayonunun Sərçuvar kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonu Girdəni kənd sakini, 1952-ci il təvəllüdlü Kamal Cəfər oğlu Fətullayevin idarə etdiyi "KamAZ" markalı 42 BL 695 dövlət nömrə nişanlı qoşqulu yük avtomobili, Bakı şəhəri Sabunçu rayon sakini, polis kapitanı, 1986-cı il təvəllüdlü Mehdi Böyükağa oğlu Əhmədovun idarə etdiyi VAZ-2107 markalı, 99 ME 637 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Toqquşma nəticəsində VAZ-2107-nin sürücüsü ağır bədən xəsərətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, M.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU