16 sen 15:13hadise

Anasının bu sirri gənci şoka saldı, evdən qaçdı - Bakıda olay

Anasının bu sirri gənci şoka saldı, evdən qaçdı - Bakıda olayBakının Sabunçu rayonunda xoşagəlməz hadisə baş verib. Belə ki, 17 yaşlı Şahin Rəhimov avqustun 11-də sözügedən ərazidə itkin düşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Oxu.az-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, Ş.Rəhimovun qəflətən itkin düşməsini ilə bağlı Bakı Şəhər Prokurorluğunda araşdırmağa başlayıblar.

Avqustun 23-də şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi açılıb və itkin düşmüş şəxsin axtarışını təmin etmək üçün sənədlər rayon polis şöbəsinə təhvil verilib.

Axtarışlara başlayan 12-ci Polis Bölməsinin əməliyyatçıları sentyabrın 15-də itkin düşən şəxsi Sumqayıtda tapıblar. Xoşbəxtlikdən valideynlərin oğlunun qaçırılması ilə bağlı şübhələri təsdiqini tapmayıb. Məlum olub ki, Ş.Rəhimov anasına qəzəbləndiyi üçün evdən qaçıb.

Belə ki, qadın oğluna onun doğma övlad olmaması və övladlığa götürülməsi ilə bağlı sirri açıb. Bu etiraf gənci şoka salıb və o, evdən qaçıb.
XƏBƏR LENTİ
Dünən, 08:32
SORĞU