15 sen 13:39hadise

Sabirabadda maşın su kanalına aşdı, sürücü öldü

 Sabirabadda maşın su kanalına aşdı, sürücü öldü
Sabirabad rayonunun Padarçöl kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

Report-un məlumatına görə, Saatlı rayonunun 1965-ci il təvəllüdlü Cəfərxan kənd sakini Əliyev Nizami Bəymirzə oğlunun sükanı arxasında olduğu VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.

Nəticədə N.Əliyev hadisə yerində dünyasını dəyişib. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU