15 sen 09:06hadise

Bakıda dəhşətli qəza: 3 ölü, 6 yaralı

Bakıda dəhşətli qəza: 3 ölü, 6 yaralıBakıda ölümlə nəticələnən zəncirvari qəza baş verib.

Report xəbər verir ki, hadisə Novxanı yolunda yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsinin yanında baş verib. Bir neçə avtomobilin toqquşması nəticəsində azı iki nəfər ölüb, yeddi nəfər xəsarət alıb.

Yaralılardan altı nəfəri 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Xəsarət alanlardan biri həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Yaralıların içərisində ana və bir yaşlı körpəsi də var.

***

Novxanı yolunda üç nəfərin ölümünə səbəb olan qəzada xəsarət alanların bəzilərinin adları məlum olub.

Qəza nəticəsində 2018-ci təvəllüdlü Məmmədov Ramal Rəşad oğlu, 1976-ci il təvəllüdlü Məmmədova Gülgün Ümidvar qızı və 1999-ci təvəllüdlü Məmmədova Nahidə Faiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanların bəzilərinin vəziyyəti orta-ağırdır. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
XƏBƏR LENTİ
SORĞU