12 sen 12:03hadise

Kürdəmirdə ağır qəza: 7 nəfər yaralandı

Kürdəmirdə ağır qəza: 7 nəfər yaralandıKürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Bakı-Qazax yolunun, rayonun Qarabucaq kəndindən keçə hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb. Qəza zamanı 7 nəfərin xəsarət aldığı bildirlir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.
XƏBƏR LENTİ
SORĞU