12 sen 07:53hadise

Almaniyada azərbaycanlı özünü yandırdı

Almaniyada azərbaycanlı özünü yandırdı
Almaniyaya mühacirət edən azərbaycanlılar bir-birinin ardınca intihara cəhd göstərir. Bu dəfə Hermeskayl şəhərində həmvətənimiz özünə qəsd edib.

Avrasiya.net “Yeni Sabah”a istinadən xəbər verir ki, Emil Bağırov Azərbaycana qayıtmamaq üçün özünü yandırıb. Onun Sumqayıt şəhərində doğulduğu, 34 yaşı olduğu bildirilir. Altı aydan çoxdur Hermeskayl şəhərindəki qaçqın düşərgəsində yaşayırmış.

“Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin verdiyi məlumata görə, Emil Azərbaycana qayıtmaq haqqında xəbərdarlıq məktubu alandan sonra bu fikrə düşüb. Sosial idarəyə gedib, böyük mübahisə yaranıb. Həmvətənimiz oradaca üzərinə benzin tökərək özünü yandırıb. Emil ağır yanıq xəsarətləri alaraq komaya düşüb. Onu xəstəxanaya vertolyotla çatdırıblar.
XƏBƏR LENTİ
SORĞU