11 sen 15:14hadise

Mahir Əmrəlinin evi qarət olundu - 20 min dollar, 17 min manat...

Mahir Əmrəlinin evi qarət olundu - 20 min dollar, 17 min manat...Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Əmrəlinin mənzili qarət olunub.

Report-un məlumatına görə, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.

Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
XƏBƏR LENTİ
SORĞU