31 avq 11:04hadise

Bakıda kütləvi dava olub, xəsarət alan var

Bakıda kütləvi dava olub, xəsarət alan var
Bakının Suraxanı rayonunda kütləvi dava zamanı bıçaqlanma hadisəsi baş verib

İnsident Hövsan qəsəbəsində qeydə alınıb.

Bir neçə nəfər dost arasında yaranmış mübahisə kütləvi davaya çevrilib. Bu zaman 2000-ci il təvəllüdlü Nəbili Nail Azər oğlu bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)
XƏBƏR LENTİ
SORĞU