25 avq 11:02hadise

Sumqayıtda iki qrup arasında kütləvi dava

Sumqayıtda iki qrup arasında kütləvi dava
Sumqayıt şəhərində kütləvi dava baş verib.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə "Bəyaz Saray" şadlıq evinin qarşısında qeydə alınıb.

Belə ki, 20 nəfərə yaxın iki qrup arasında mübahisə zəmnində dava düşüb. Əraziyə Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Kütləvi dava zamanı ağır xəsarət alanların olub olmaması barədə hələki məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU