24 avq 21:16hadise

Kürdəmirdə daha bir fəhlə iş yerində öldü

Kürdəmirdə daha bir fəhlə iş yerində öldüKürdəmir rayonunda məcburi köçkünlər üçün tikilən binada işləyən fəhlə dünyasını dəyişib.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, Gəncə şəhər sakini 50 yaşlı Kazımov Elçin Sadıq oğlunun fəhlə işlədiyi binada qəfildən səhhəti pisləşib.

Onu dərhal Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU