23 avq 16:40hadise

Bərdədə bədbəxt hadisə: Balıq tutmaq istədi, öldü

 Bərdədə bədbəxt hadisə: Balıq tutmaq istədi, öldü
Bərədə balıq tutan şəxs bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın məlumatına görə, hadisə avqustun 22-də saat 19:50 radələrində Bərdə rayonu Zümürxan kəndi ərazisində qeydə alınıb. Zümürxan kənd sakini, Zahir Sadıqov kənd ərazisində yerləşən göldə balıq tutarkən ürək tutmasından suya yıxılıb. Nəticədə o suda boğularaq ölüb. Onun meyiti kənd sakinləri tərəfindən aşkar edilərək sudan çıxarılıb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU