13 avq 23:20hadise

Sumqayıda Çeçenistan vətəndaşı qətlə yetirildi

Sumqayıda  Çeçenistan vətəndaşı qətlə yetirildiSumqayıt şəhərində qətl hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə şəhərin sənaye zonasında “SOCAR Karbamid” zavodunun yaxınlığında baş verib.

Məlumata görə, 1975-ci il təvəllüdlü Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı Bislan Bakayev münaqişə zəminində hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qətlə yetirilib.

B. Bakayev ürək nahiyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq zərbəsi alıb. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Qətli törədən şəxsin saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU