13 avq 14:40hadise

60 yaşlı kişi öz evində intihar etdi

60 yaşlı kişi öz evində intihar etdiŞabran rayonunda yenə intihar hadisəsi qeydə alınıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Şabran şəhərində baş verib.

Səhər saat 6 radələrində rayonun hüquq-mühafizə orqanlarına şəhərdəki evlərin birində yaşlı bir insanın özünü asdığı barədə məlumat daxil olub. Hadisə yerində araşdırma aparan polis-prokurorluq əməkdaşları özünü asan şəxsin 60 yaşlı Comərd Şıxverdi oğlu Yolçuyev olduğunu müəyyən ediblər.

Şabran rayon prokurorluğunda CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb. Araşdırma davam edir.

Qeyd edək ki, bu, son 20 gündə Şabranda qeydə alınan 3-cü intihar hadisəsidir. Avqustun 8-də Padar kəndində 31 yaşlı, iki uşaq atası Səbuhi İsimxanov özünü asmışdı. Avqustun 12-də isə Xaçmaz sakini, 46 yaşlı, 1 uşaq atası Səyavuş Əsədullayevin insan yaşamayan tikilidə asılmış meyiti tapılmışdı.
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU