11 avq 08:35hadise

Cəlilabadda toyda kütləvi dava

Cəlilabadda toyda kütləvi dava
Cəlilabad rayonunda toyda kütləvi dava baş verib.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərindəki "Yamal" şadlıq sarayında olub.

Belə ki, 10-dan çox toy iştirakçısı arasında mübahisə yaranıb. Sonda mübahisə davaya çevrilib. Kütləvi dava nəticəsində bir nəfər başından, daha bir nəfər isə əl nahiyəsindən bıçaqlanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU