09 avq 09:20hadise

Tovuzda ağır qəza: 3 nəfər öldü

Tovuzda ağır qəza: 3 nəfər öldüTovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Qəza zamanı "VAZ 21011", "Daewoo Nexia" və "Mercedes" markalı avtomobillər toqquşub.

Hadisə zamanı 3 nəfər dünyasını dəyişib. Bunlar "Mercedes" markalı avtomobilin sürücüsü, 1996-cı il təvəllüdlü Tovuz rayon sakini Müzəffər Hüseynzadə, digəri isə "Daewoo" markalı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Kamran Qasımovdur. Qəzada ölən digər şəxs Mustafayeva Nailə Yolçu qızıdır.

Avtoqəza nəticəsində Murtuzəliyeva Aysel Əhməd qızı, Murtuzəliyeva Ayşən Əhməd qızı və Murtuzəliyev Vüqar Vüsal oğlu isə xəsarət alıb.

Hazırda araşdırmalar aparılır.
XƏBƏR LENTİ
SORĞU