05 avq 11:09hadise

Azərbaycanlı zəvvar Məkkədə öldü

Azərbaycanlı zəvvar Məkkədə öldüAzərbaycandan Həcc ziyarətinə gedən zəvvarlardan biri dünyasını dəyişib. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, dünyasını dəyişən zəvvar Ağdam rayonundan olan 69 yaşlı Şükürov Bəhmən adlı şəxsdir.

O ürək tutmasından dünyasını dəyişib. B.Şükürov Kəbə evinin təvafından sonra namaz qılıb və ardınca vəfat edib. Mərhum Səudiyyə Ərəbistanında dəfn olunacaq.

Xatırladaq ki, Azərbaycandan Həcc ziyarətinə gedən ilk zəvvar qrupu Səudiyyə Ərəbistanına avqustun 2-də yola düşüb. Azərbaycana geri dönüş avqustun 22-dən başlayacaq.
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU