29 iyl 15:21hadise

Bakıda qatar taksini vurdu: yaralılar var

Bakıda qatar taksini vurdu: yaralılar varBakı şəhəri, Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub.

İlkin məlumata görə, hadisə nəticəsində biri qadın olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, hadisə ilə bağlı 12.44 radələrində çağırış daxil olub:

"Hazırda əraziyə göndərilən 5 həkim briqadası hadisə yerində işləyir. Yaralıların vəziyyətləri ağırdır".

***

Səhiyyə Nazirliyi Bakının Zirə qəsəbəsində (Qala yolu) qatarın taksini vurması nəticəsində xəsarət alanların durumunu açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, hadisə zamanı 4 nəfər xəsarət alıb.

Onlardan 22 yaşlı qız qapalı kəllə beyin travması və yuxarı ətrafların sınığı diaqnozu, digər yaralı - 20 yaşlı oğlan qapalı kəllə beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Hər iki yaralının vəziyyəti ağırdır.

Hadisə nəticəsində 38 yaşlı kişinin sol qolu sıyrılıb. 33 yaşlı kişi isə sol çiyinindən və sol baldırından travma alıb. Hər iki şəxsə yerində yardım edilib. Onlar xəstəxanaya aparılmalarından imtina ediblər.
XƏBƏR LENTİ
SORĞU