29 iyl 15:19hadise

Növbəti təxribat: Ermənilər tibbi yardım maşınını vurdu - Foto

Növbəti təxribat: Ermənilər tibbi yardım maşınını vurdu - FotoAzərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.

Dövlət Sərhəd Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, iyulun 28-i saat 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərə­findən növbəti dəfə atəşə tutulub.

Düşmən snayperləri tərəfindən açılan güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılan və qızıl aypara nişanının təsviri olan UAZ markalı avtomobilə dəyib.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU