28 iyl 12:00hadise

Ermənilər hərbi maşınlarımızı atəşə tutdu

Ermənilər hərbi maşınlarımızı atəşə tutdu
Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətindən (DSX) Avrasiya.net-ə verilən məlumata görə, 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.
loading...
XƏBƏR LENTİ
SORĞU