18 iyl 07:56hadise

Bakıda iki yeniyetmə qız itkin düşüb

Bakıda iki yeniyetmə qız itkin düşübBakının Binəqədi rayonunda itkin düşmüş iki qız Binəqədi Rayon Polis İdarəsi tərəfindən axtarılır.

APA xəbər verir ki, 7-ci mikrorayonda, İbrahimpaşa Dadaşov küçəsi 71 ünvanında kafedə işləyən 2002-ci il təvəllüdlü Amina və 2004-cü il təvəllüdlü Elina işlədikləri obyektdən çıxaraq bir daha evə qayıtmayıblar.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu barədə 1980-ci il təvəllüdlü Oksana Vasilyevna müraciət edib və bildirib ki, qızları işdən çıxaraq evə qayıtmayıblar.

Binəqədi RPİ-nin əməkdaşları itkin düşən yeniyetmələrin axtarışına başlayıb.
loading...
XƏBƏR LENTİ
SORĞU