17 iyl 20:38hadise

Siyasi mühacirlər bir-birini qırır - Sensasion açıqlama

Siyasi mühacirlər bir-birini qırır - Sensasion açıqlamaAvropada yaşayan və uzun müddət hakimiyyətə qarşı çıxışlar edən siyasi mühacirlər indi də bir-birinə qarşı savaş açıblar. Bir-birinə qarşı ağır ittihamlar yağdırmaqdadırlar. Buna növbəti sübut olaraq yeni sensasion telefon danışığının səs yazısı yayılıb. Belə ki, hazırda Fransada yaşayan AXCP-nin fəal üzvü Türkel Azərtürkün Almaniyada yaşayan azərbaycanlı ilə rüşvət müqabilində Viza almaq üçün aralarındakı telefon danışığının səs yazısı yayılıb.

Səs yazısında daim hakimiyyəti və Əki Kərimlidən başqa hər kəsi tənqid və təhqir edən, suçlayan AXCP-çilərdən daha birinin qanunsuz mühacirət alverində iştirakı ifşa olunur.

Ümumiyyətlə, Avropada şəbəkəlmiş Əli Kərimli tərəfdarları bu cür fırıldaqların tam mərkəzində yerləşirlər və bu barədə ölkə mətbuatı dəfələrlə yazıb.
Siyasi mühacirlər bir-birini qırır - Sensasion açıqlama
Əli Hüseynəliyevin (Ali Oğuz)

Lent yazısını yayımlandığı youtube platformasında yazılan şərhlər də diqqəti cəlb edir. Məsələn, 2016-cı ilin oktaybr ayından Almaniyada yaşayan Əli Hüseynəliyevin (Ali Oğuz) iyulun 16-da öz “facebook” profilində canlı yayımda etdiyi çıxış isə olduqca ilgincdir: “Mühacirətdə fərqi yoxdur, harada olursa-olsun, 2 gün, 5 gün öncə başlayan, real mübarizə aparan kim varsa, hər birinə dəstək verilməlidir. Burda qruplaşmış adamlar var. Dəstək vermək əvəzinə, kim ki ağıllıdır, müstəqil düşünə bilir, bunların fırıldaqlarını görür, həmin adamları çıxdaş edirlər, ləkələyirlər, agent adlandırırlar, YAP rejiminə işləyən adlandırırlar. Ondan sonra həmin adamlar iyrənir, Azərbaycanı unudur və gedir öz həyatını yaşayır. Bu uzun illərdir ki, belə davam edir. Mən 2016-cı ilin oktyabrında Almaniyaya qaçmışam və noyabrda AKM-çilərlə görüşmüşəm. Mənə Çağlar Qasımovu təqdim etdilər. Getdiyim yer kazino idi. Həmin adam orda 1 saatın içində 2000 avro pul uduzdu. Ölkədə müxalifətin bu qədər pul qıtlığı var. Bunlar bu pulu hardan alıblar bəs? Onlar sənəd alveri edirlər. Saxta qaçqınlıq sənədləri satırlar. Hətta mənim özümə də təklif etmişdilər. Mən Arif Hacılının müavininə də demişəm bu barədə. Həmin adamlar da olurlar bunların trolları. Kimin üstünə göndərirlərsə, hamısı gəlib hürürlər. Burda guya aksiyalar təşkil edirlər “Siyasi məhbuslara azadlıq” adı ilə. Öz qohumlarının, pul aldıqları şəxslərin adına mitinq təşkil edirlər ki, guya həmin adamlar mitinqlər keçirirlər. Mən də mitinqdə iştirak etmişəm. Orada da Orduxanın yanında durmuşdum. Heç məni tanımırdı. İnqilab Kərimov mənim haqqımda sensasiyalı bir məlumat paylaşıb. Mən daim müxalif fikirli olmuşam. İndi belə çıxır ki, müxalifət hakimiyyətə gəlsə, 800 minlik YAP-ın üzvlərini, dövlətdə işləyən hər kəsi öldürəcək? Bu gün məni qaralayırsınız. Mənim üzərimdən də Orduxanı qaralayırsınız. Orduxanın nə günahı var ki? Bütün AKM üzvlərinə tapşırıldı ki, Orduxanın mitinqlərinə heç kəs qatılmamalıdır. Ona dəstək göstərilməməlidir”.

Əli Hüseynəliyev sonra yazır ki, Riad Əliyev, Firidun Duqi, Elşad Abdullayev bir cinayətkar şəbəkədir. Oqtay Gülalıyev bir hesabat hazırladı keçən il və bunları da həmin hesabata saldı: “Mənim də adım salınmışdı. Mən Oqtayla danışıb şəxsən etirazımı bildirmişəm. Məndən əlavə buna Leyla Yunus ailəsi və Eldəniz Quliyev öz etirazını bildirmişdi. DAS yaradılmamışdan öncə bir neçə müsavatçı ilə getmişik Əlövsət Əliyevin “11 aprel” hesabatının təqdimatına. Anar Orucovla (Kanal13 TV-nin müxbiri) məsləhətləşdik ki, hamımız toplaşaq, Orduxana dəstək verənlər bir təşkilat yaradaq. Riad Əliyev mənə zəng etmişdi ki, sən Orduxanın, Tural Sadıqlının mitinqlərinə getsən başına oyun açacağıq. Sonradan öyrəndim ki, hədəf mən deyilmişəm, Orduxan imiş. Orduxana qarşı qurulmuş oyun imiş. Bunlar hamısı hökumətdən pul alıblarmış. Əli Həsənovun qəzetlərini, “İki sahil” qəzetinin çapa getməmiş nüsxələrini bunlara verirdilər ki, apar ver məhkəməyə. Bunlar necə müxalifətdirlər ki, hökumət qəzetlərində mühacirlərə qarşı yazı yazdırırlar və onların da çapa getməmiş nüsxələrini verirlər ki, aparın verin məhkəməyə. Səxavət Soltanlı iddia edir ki, 3 ildə 297 arayış verib. Onların hamısı burdadır. Mən birlik çağırışı etmişəm, tərbiyəsiz, əxlaqsız İnqilab Kərimov gəlib Orduxanla məni təhqir edir. Aydın məsələdir ki, İnqilabın o yazını yazmağa savadı yoxdur. Onun üçün ya Fikrət Hüseynli yazıb, ya da Qənimət Zahid. Burda “sənəd alveri”nin başında Fikrət gedir.

Hər kəs Fikrətdən alır sənədləri. Ona görə Ukraynada həbs olunmuşdu. Ona görə Hollandiya oturum vermədi ona. Kimin ki, hədəfi İlham Əliyevdir, real mübarizə aparır, onlara qarşı qarayaxma edirlər. Orduxana gücləri çatmasa da, Orxana, mənə qarşı birləşiblər. Komandanızın başında İnqilab Kərimov durur. Söyüş söyürsünüz, (Məhəmməd Mirzəlini, Seyran Rəfiyevi təhqir edir) Seyran Rəfiyev iki xalqı, türk və talış xalqlarını vuruşdurmaq istəyir... Qənimət Zahid o qədər yalan məlumat yazır ki. Nə desən çıxar sizdən. Məhəmməd Mirzəli kimi klounluq edib, saxta videolar paylaşmaq lazım deyil. Məhəmməd Mirzəli bütün nəslini-kökünü yığıb Fransaya. Mən görsəm ki, mübarizə aparılmır, çıxıb gedəcəm ölkəmə. Niyə hansısa avropalının axmaq işində işləməliyəm? Gəliblər bəziləri burada İrana xidmət edirlər. Elşən Abdullayev kimdir ki? Bankda “moşennik” olubdur. Kimə nə pul verib saxta cinayət açdırdığını mən bilirəm. Pullarını almısınız, indi də onu reklam edirsiniz”.
Siyasi mühacirlər bir-birini qırır - Sensasion açıqlama
Namiq Abbasəliyev

Namiq Abbasəliyev adlı özünü cəbhəçi təqdim edən şəxs isə bu yazıya təhqirlərlə dolu cavab verib. Çörəyini Avropadan qazandığını yazan N.Abbasəliyev Əli Hüseynəliyevi (Ali Oğuz) “çaqqal” adlandırıb.

Musavat.com
loading...
XƏBƏR LENTİ
SORĞU