17 iyl 14:54hadise

“Meyvəli”də kütləvi zəhərlənmə - Rəsmi

“Meyvəli”də kütləvi zəhərlənmə - Rəsmi“Sədərək” ticarət mərkəzinin yaxınlığında yerləşən məşhur “Meyvəli” bazarında 4 nəfər yumurtadan zəhərlənib.

Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, təcili yardıma çağırış saat 10.14-də daxil olub və ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Klinik Tibbi Mərkəzə aparılıb.

“Səhər saat 10.52-də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası həmin şəxsləri də Klinik Tibbi Mərkəzin yoluxucu xəstəlikləri şöbəsinə gətirib. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardım göstərilir. Vəziyyətləri orta-ağırlıqdadır”.
XƏBƏR LENTİ
SORĞU