15 iyl 16:24hadise

Gürcüstan vətəndaşları Keşikçidağda insident törətdi

Gürcüstan vətəndaşları Keşikçidağda insident törətdiDövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi Keçikçidağda baş verən hadisə haqqında məlumat yayıb.

Axar.az xəbər verir ki, sözügedən məlumatı təqdim edir:

"İyulun 14-də saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilib.

Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılıb və DSX-nin şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilib.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­ib".
XƏBƏR LENTİ
SORĞU