10 iyl 13:20hadise

Bakıda dördqat Avropa çempionu qız intihar etdi

Bakıda dördqat Avropa çempionu qız intihar etdiBakıda 18 yaşlı Avropa çempionu gimnast Aynur Məmmədzadə intihar edib.

İstiPress-in məlumatına görə, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib.

2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədzadə xəstəxanada dünyasını dəyişib.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Qeyd edək ki, A.Məmmədzadə akrobatika üzrə dördqat Avropa çempionudur.
loading...
XƏBƏR LENTİ
SORĞU